background

Stent grefti yerləşdirmə

Stent grefti yerləşdirmə

Müalicə:

Mədə-bağırsaq qanaxması, damar tıxanıqlığı, öd yollarının tıxanması və ya sızması, anevrizma və ya disseksiya

Niyə edilir:

Stent grefti, parça örtük keçirilmiş metal şəbəkəli bir borudan ibarətdir. Heç nə keçirməyən örtüklü stent vasitəsilə qan və ya ödün sızmasının həmçinin toxumanın stentə daxil olmasının qarşısı alınır. Bu, stent greftini açıq saxlamağa kömək edə bilər. Aortanın və ya digər damarların anevrizması və ya disseksiyası hallarında stent grefti açıq əməliyyata ehtiyac qalmadan xəstə damarın təmirini həyata keçirə bilər

Necə edilir:

İnvaziv radioloq arterial və ya biliyar sistemə daxil olar və hədəf damara doğru irəliləyər. Daha sonra stent grefti anormallıq sahəsinə yerləşdirilərək damardan axını bərpa edən süni bypass yaradır.

Anesteziya səviyyəsi:

Şüurlu sedasiya

Risklər:

Qanaxma, infeksiya, arterial zədələnmə, anomaliyaların natamam istisna edilməsi (endleak), tromboz

Prosedurdan sonra:

Qasıqda qanaxmanın qarşısını almaq üçün iki-altı saat yataq istirahəti. 1 həftə ağır yük qaldırmayın.

Təqib

Klinik vəziyyətdən asılıdır

Müəllif və tibbi məzmunu yoxlayan həkim: Dr. İlyas Həsənov, PhD, MD, invaziv radioloq

Tibbi xəbərdarlıq: Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini, diaqnozu və ya müalicəni əvəz etmir. Sizə uyğun müalicə üsulunu yalnız müayinədən sonra həkim müəyyən edə bilər.