background

Qaraciyər xərçəngi

Qaraciyər Xərçəngi Nədir? (Hepatosellüler Karsinoma)

Birincili qaraciyər xərçənginin ən tipik forması hepatosellüler karsinomadır (HCC). Digər orqanlardan qaraciyərə metastaz verən şişlərdən (bax. metastatik qaraciyər xərçəngi) fərqli olaraq birincili qaraciyər xərçəngi qaraciyərin özündə inkişaf edən xərçəngdir. HCC tək bir şiş və ya qaraciyər boyunca yayılmış bir sıra şiş düyünü şəklində ola bilər.

Aşağıdakı risk faktorları bölməsində göstərilən sirroz və ya qaraciyər çapıqları yaxud onunla əlaqəli səbəblər ABŞ-da HCC-nin ən çox rastlanan səbəbləridir. HCC, hətta sirroz olmadan da Hepatit B kimi digər xəstəliklərdən qaynaqlana bilər.

Risk faktorları

  • Ən çox 50 yaşdan yuxarı kişilərdə rast gəlinir
  • Sirroz (qaraciyərin çapıqlaşması) və onun səbəbləri:
    • Alkoqoldan istifadə tarixi
    • Hepatit B və ya C infeksiyası
    • Qaraciyərin uzun müddətli iltihabı
    • Hemokromatoz və ya həddindən artıq dəmir yükü
  • Qaraciyər xəstəliklərinin digər növləri
  • Piylənmə
  • Diabet

Simptomlar

Qaraciyər xərçənginin (HCC) bəzi simptomları ola bilər və ya heç əlamət göstərməz. Simptomlar baş verərsə, bunlara aşağıdakılar aid ola bilər:

  • Qarın ağrısı
  • Sarılıq, dərinin və gözlərin saralması
  • Çəki itirmək
  • Assit
  • Yorğunluq
  • Asanlıqla qanaxma və göyərmə

Diaqnoz

Həkiminiz fiziki müayinəyə əlavə olaraq aşağıdakı diaqnostik üsulları həyata keçirə bilər:

  • Ultrasəs
  • KT skan
  • MRT
  • Qaraciyər funksiya testləri
  • Qaraciyər biopsiyası

Müalicələr

  • Kimyaembolizasiya
  • Radioembolizasiya (Y-90)
  • Şişin ablasiyası

Müəllif və tibbi məzmunu yoxlayan həkim: Dr. İlyas Həsənov, PhD, MD, invaziv radioloq

Tibbi xəbərdarlıq: Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini, diaqnozu və ya müalicəni əvəz etmir. Sizə uyğun müalicə üsulunu yalnız müayinədən sonra həkim müəyyən edə bilər.